Bu gün Avropa Liqasında I təsnifat mərhələsinə start veriləcək.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 3 matç keçiriləcək. Qarşılaşmalar Malta, Cəbəllütariq və Bolqarıstanda olacaq.
Avropa Liqası
I təsnifat mərhələsi,
İlk oyunlar
9 iyul
19.55 Sent Josefs (Cəbəllütariq) - Reyncers (Şotlandiya)
20.00 Qzira (Malta) - Hayduk (Xorvatiya)
21.30 ÇSKA (Bolqarıstan) - Titoqrad (Monteneqro)
Qeyd edək ki, I təsnifat mərhələsinin qalan oyunları 10 – 11 iyulda olacaq. Cümə axşamı "Səbail” Rumıniya "Universitatya”sını qəbul edəcək. "Neftçi” isə Moldovada "Sperantsa”nın qonağı olacaq. Bu matçlar müvafiq olaraq saat 20:00-da və 21:00-da başlayacaq.
Fanat.Az