"Rəqib güclüdü. 90 dəqiqə mübarizə aparmağa hazırıq. Ötənilki səhvləri buraxmaq istəmirik”.
Fanat.Az xəbər verir ki, bunu"Neftçi"nin legioneri Kiril Petrov deyib.
Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Moldovanın "Speranta” klubuna qarşı keçirəcəkləri ilk oyun barədə danışan müdafiəçi bildirib ki, rəqibi yaxşı analiz ediblər və bu barədə danışmaq istəmirlər:
"Baş məşqçi bizə onların zəif və güclü tərəflərini göstərib. Yaxşı nəticə əldə etməyə çalışacağıq".
İyulun 11-də "Zimbru" stadionunda keçiriləcək "Speranta" - "Neftçi" matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Fanat.Az