Bu gün Azərbaycan təmsilçiləri Avropa Liqasında mübarizəyə qoşulub.
Fanat.Az xəbər verir ki, Premyer Liqanın gümüş mükafatçısı "Neftçi" səfər oyununa çıxıb.
Roberto Bordinin komandası Moldovada "Sperantsa"nın qonağı olub. Görüş təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyun
11 iyul
Sperantsa (Moldova) - Neftçi (Azərbaycan) 0:3
Qollar: E.Mahmudov, 16-pen. S.Monroz, 36. R.Hacıyev, 76.
Hakimlər: Tim Marşal, Pol Robinson, Odri Neteri, Tomas Entoni Klark (hamısı Şimali İrlandiya).
UEFA nümayəndəsi: Anna Bordyuqova (Ukrayna).
Hakim-inspektor: Gevorq Hovannisyan (Ermənistan).
Kişinyov. "Zimbru" stadionu.
Fanat.Az