Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək.
Fanat.az xəbər verir ki, "qırmızı-qaralar” Bolu hazırlığının 8-ci günündə ikinci sınağına çıxacaq. Komanda bu dəfə Ukraynanın digər təmsilçisi "Vorskla” ilə görüşəcək. İyulun 7-də bu ölkənin digər təmsilçisi "Mariupol”a 2:1 hesabı ilə qalib gələn Sənan Qurbanovun yetirmələri, gücünü Poltava klubu ilə matçda da sınayacaq.
"Koru” otelinin meydançasındakı görüş Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.
Yoxlama oyunu
11 iyul
12:00 Qəbələ – Vorskla 1:3
Bolu. "Koru” otelinin meydançası
Qəbələ: Anar Nəzirov, Amin Seydiyev, Sadiq Quliyev, Yusif Nəbiyev, Qismət Alıyev, Kamal Mirzəyev, Merab Qiqauri, Fernan Lopez, Rövlan Muradov, Roman Hüseynov, Ülvi İsgəndərli.
Fanat.az