"Artıq ikinci yoxlama oyunudu ki, qələbə qazanırıq. Lakin bu, bizim üçün elə də vacib deyil. Hazırda bizim üçün əsas olan komandanın hazırlıq səviyyəsini yoxlamaq, səhvlərimizi görməkdi. Bu baxımdan bu cür oyunlar bizim üçün çox vacibdi".
Fanat.Az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra klubun saytına deyib.
O, yeni transferlərin komandaya uyğunlaşmaq baxımından çətinlik çəkmədiyini söyləyib: "Ancaq komanda kimi oyunumuzu tapmaq üçün vaxt lazımdı”.
Qeyd edək ki, "Sabah"a qələbə qazandıran qollara Hendrik Ekstyen və Filip İvanoviç imza atıb. Bakı klubu mövsümlərarası fasilədə keçirdiyi ilk yoxlama oyununda "Zirə”ni məğlub (5:3) edib.
Fanat.Az