"Qarabağ" bu gün 2 qol vurdu, biz isə bunu edə bilmədik. Mərhələ keçməməyimizə səbəb də bu oldu".
Fanat.az xəbər verir ki, bu sözlər "Partizani"nin baş məşqçisi Franko Lerdaya məxsusdu.
Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la Tiranada qolsuz bərabərə qalan Albaniya çempionu Bakıdakı cavab qarşılaşmasında 0:2 hesabı ilə məğlub olaraq, Avropa Liqasına yuvarlanıb.
Oyunsonrası mətbuat konfransında Lerda məğlubiyyəti bu fikirlərlə əsaslandırıb: "Futbolda hər şey ola bilər. Bizim də 3-4 qol epizodumuz oldu. Əvəzində rəqib əlinə düşən qol epizodlarından artıqlaması ilə yararlandı".
- Hər iki oyunu müdafiədə keçirdiniz. İmkanınız olsaydı, yenidən müdafiə futbolu oynadardınız, yoxsa bunu dəyişərdiniz?
- Bu, rəqibin gücündən, kimə qarşı oynamağınızdan asılıdı. Güclü rəqibə qarşı təbii ki, müdafiə futbolu oynamalısan. Amma öz gücümüzə görə rəqiblə hücum futbolu göstərmək olar.
- Bakıdan qıcıqla ayrılırsınız?
- Qıcıqlanmırıq, qısqanc deyilik. "Qarabağ"a gələcək oyunlarda uğurlar arzulayıram.
- Sizcə, "Qarabağ" hansı mərhələyə qədər irəliləyə bilər?
- "Qarabağ" güclü komandadı. Hansı mərhələyə qədər adlaya biləcəklərini dəqiq deyə bilmərəm. Kintana kimi, meydana daxil olanda kimi fərqlənməyi bacaran oyunçuları var. Ailton Silvanı da qeyd etmək olar.
- Su şüşəsinə təpik vurdunuz və sarı vərəqə aldınız. Bu, penaltilərlə bağlı planınızın pozulmasından qaynaqlandı?
- Bu, oyun əsnasında olan bir hiss idi. (Matc.az)
Fanat.az