"Qarabağ"ın "Dundalk"la hər iki oyununun vaxtı açıqlandı
"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın "Dundalk" klubu ilə keçirəcəyi oyunların vaxtı açıqlanıb.
Fanat.Az irland klubunun rəsmi saytına istinadən xəbər verir ki, ilk oyun iyulun 24-də "Oriel Park" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22.45-də başlayacaq.
Cavab görüşü iyulun 31-də "Dalğa Arena"da baş tutuacaq. Bu görüşün start fiti saat 21.00-da çalınacaq.
Qeyd edək ki, "Qarabağ" 1-ci mərhələdə "Partizani"ni, "Dundalk" isə "Riqa"nı mübarizədən kənarlaşdırıb.
Fanat.Az