"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində rəqibi olan "Dundalk"ın baş məşqçisi təmsilçimizlə oyunlardan danışıb.
Fanat.Az xəbər verir ki, İrlandiya klubunun çalışdırıcısı "Qarabağ"ın "Partizani"nini Bakıda 2 cavabsız qolla məğlub etdiyi görüşü köməkçisinin tribunadan izlədiyini bildirib:
"Stiven O`Donnel orada idi. Həmçinin rəqibin son 2 oyununun videosuna baxmışıq. İrəli gedə bilsək, çox yaxşı imkanımız olacaq. Alınmasa, mübarizəni Avropa Liqasında davam etdirəcəyik. Özümüzə şans vermişik. Sübut etməli olduğumuz çox şey var. Layiq olduğumuz mövqeyə yavaş, amma düzgün getməyimiz bizi ilhamlandırır. Özümüzü 2016-cı ildəki komanda ilə müqayisə etmək istəmirəm. Bizim bir qədər fərqli heyətimiz var. "Qarabağ”ın avrokuboklarda qrup mərhələsinin daimi iştirakçısı olması bizə oyuna köklənməkdə kömək ola bilər. Bu, bir qədər fərqli matçlar olacaq”.
Fanat.Az