"Oyun barədə çox şey danışmaq olar. Rəqibi təbrik etməklə kifayətlənirəm".
Fanat.Az xəvər verir ki, bu sözləri Moldovanın "Sperantsa" klubunun baş məşqçisi Kristof Efros "Neftçi"yə 0:6 hesabı ilə uduzduqları Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra deyib.
27 yaşlı mütəxəssis bildirib ki, ilk oyunda hakimlərin "Neftçi"yə kömək etməsi fikrində qalır: "İlk oyunla bağlı fikrimi dəyişmirəm. Amma bugünkü matçla bağlı eyni şeyi deyə bilmərəm. Təəsssüf ki, biz "Liverpul" deyilik ki, bu cür hesablardan sonra geridönüş edə bilək. Böyük risk aldıq və nəticə belə oldu. Birinci oyunda başqa hesab qeydə alınsaydı, bu gün də oyun fərqli olardı".
Baş məşqçi "Klub prezidenti olan atanıza nə hesabat verəcəksiniz?" sualına belə cavab verib: "Bu bizim daxili problemimizdi. Hesabatı mətbuata yox, prezidentə verəcəyəm. Suallarınız aqressivdi. Sonra da deyirsiniz ki, mən aqressiv danışıram. Elə sözlər deyərəm ki, sizin xoşunuza gələ bilər. İstəyirsinizsə, həyatdan danışaq. Hər bir insan irəli baxır. Sizin maaşınız aşağıdırsa, yüksək olmasına çalışacaqsınız. Ancaq axmağın biri deyər ki, uduzacağam. Mənim kişiliklə bağlı hər bir şeyim qaydasındadı. Azərbaycanın neft satması ilə bağlı sözlərim komplimentdi. Biz də çaxır satırıq. Bunda heç bir problem yoxdur. Oyundan qabaq ancaq pozitiv fikirlər səsləndirdim. Hərçənd xoş olmayan bəzi nüanslar vardı. Amma mən durub "Neftçi" düşərgəsi kimi meydan və ya digər amillərdən danışmayacağam. "Neftçi" qrupa düşsə, qürur duyacağıq".
Rəqib çalışdırıcının "Neftçi" barədə çox sərt açıqlamalar vermişdiniz. Hətta ironiyalı atmacalar da atmışdınız" sözlərinə reaksiyası belə olub: "Problem nədədi? Moldovada pomidor çoxdu. Orda şərab da var. Azərbaycanda neft var, bununla qürur duymalısınız. Heç vaxtb Azərbaycan haqda pis ifadə işlətməmişəm. Sadəcə, sizin neft satdığınızı demişəm. Dünən də bildirdim ki, Azərbaycanın qonaqpərvərliyi xoşuma gəldi. "Neftçi" rəhbərliyinin meydanı sulamaqla bağlı sözləri xoşuma gəlmədi. Siz də bizim mentalitetimizi bilməlisiniz. Çünki sizin kimi, bizim də öz mentalitetimiz var".
Fanat.Az