"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, gənc qapıçı Oleq Karnauxla 3 illik müqavilə imzalanıb. 21 yaşlı qolkiperin son klubu "Tavriya” (Ukrayna) olub. O, peşəkar karyerasına Ukraynanın digər klubu "İliçevets”də başlayıb.
Karnaux vaxtilə Azərbaycan millisinin U-17 komandasının üzvü olub
Qeyd edək ki, "Sabah" bundan əvvəl Cavid Tağıyev, Kevin Kubemba, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Bəhlul Mustafazadə, Amadu Diallo, Hendrik Eksteyn, Abbas Ağazadə və Anar Panayevi transfer edib.
Fanat.Az