Türk aparıcı və aktyor Murat Başoğlu daha bir qalmaqala imza atıb.
Fanat.Az xəbər verir ki, bir müddət əvvəl o, bir yaxtada öz qardaşı qızı Burcu Karadayı ilə öpüşərkən yaxalanmışdı. Aparacı bunu təkzib etsə də, öpüşdüyü qadının doğma qardaşı qızı olduğu müəyyənləşmişdi. Bundan sonra həyat yoldaşı Hande Bermek ondan boşanmışdı.
Bu günlərdə isə Murat Başoğlunun "Konyaspor"da çıxış edən futbolçu Ali Turanın keçmiş həyat yoldaşı Pana Altuntaşla birlikdə olduğu müəyyənləşib. Onlar futbolçu və həyat yoldaşı boşanmadan görüşməyə başlayıblar və birlikdə olublar. Sonradan ayrılan cütlüyün fotoları bu günlərdə yayılıb.
Fanat.Az