Millinin futbolçusu prezidenti və naziri görməzdən gəldi - VİDEO
Afrika Millətlər Kubokunun final matçından sonra keçirilən təltifetmə mərasimində maraqlı hadisə baş verib.
Fanat.Az xəbər verir ki, Seneqalı 1:0 hesabı ilə yenərək çempion olan Əlcəzair millisinin ulduzu Riyad Mahrez kuboku alan zaman Misir Prezidenti Mustafa Madbuli və ölkənin İdman nazirini görməzdən gəlib.
Onun bu hərəkəti sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Mahrezin hansı səbəbdən belə davranmasının səbəbi bilinmir.