Bu gün Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək. Fanat.az xəbər verir ki, E, F, G və H qruplarında 8 oyun baş tutacaq.
E qrupunda "Çelsi" "Bazel"in, "Şalke 04" "Styaua"nın qonağı olacaq. "Çelsi" bir xal qazanacağı halda 1/8 finala vəsiqəni təmin edəcək. "Şalke 04" xal itirəcəyi halda Joze Mourinyonun yetirmələri məğlub olsalar belə mərhələ adlaya biləcək. İngilislər qələbə qazanmaqla almanların da yolunu aça bilər. Belə olan halda "Şalke 04" qələbə qazanıb vəsiqəni təmin edə biləcək.
F qrupunda "Arsenal" Marsel "Olimpik"ini, Dortmund "Borussiya"sı "Napoli"ni qəbul edəcək. "Arsenal" və "Napoli" qələbə qazanacağı halda hər iki komanda 1/8 finala vəsiqə əldə edəcək. London klubu üçün özünün qələbəsi də yetərlidi. Bunun üçün digər matçda "Borussiya" qalib gəlməməlidi. "Napoli" qələbə qazanacağı halda "Arsenal"a bir xal da kifayət edəcək.
G qrupunda "Atletiko" "Zenit"in, "Austriya" "Portu"nun qonağı olacaq. "Atletiko" ötən tur həm 1/8 finala vəsiqəni, həm də birinci yeri təmin edib. "Zenit" ispanları udmaqla qrup birincisi ola bilər. Bunun üçün "Portu" qələbə qazanmamalıdı.
H qrupunda "Barselona" "Ayaks"ın, "Milan" "Zenit"in qonağı olacaq. Bu qrupda "Barselona" artıq 1/8 finala vəsiqə qazanıb. İndi kataloniyalılar birinci yer uğrunda mübarizə aparır. "Ayaks" məğlub olacağı halda ikinci vəsiqəyə "Milan" sahib çıxacaq.
Qeyd edək ki, ötən tur 5 komanda 1/8 finala vəsiqə qazanıb: "Real", "Atletiko", "Barselona" (hər ikisi İspaniya), "Mançester Siti" (İngiltərə), "Bavariya" (Almaniya). Daha 3 vəsiqənin taleyi sabah müəyyənləşə bilər. Bu gün 6, sabah 3 vəsiqə sahibini tapsa, son tura 1/8 final üçün 2 bilet qalacaq.
Çempionlar Liqası
V tur
26 noyabr
E qrupu
23.45 Bazel (İsveçrə) - Çelsi (İngiltərə)
23.45 Styaua (Rumıniya) - Şalke 04 (Almaniya)
1 | Çelsi | 4 | 3 | 0 | 1 | 11-2 | 9 |
2 | Şalke | 4 | 2 | 0 | 2 | 4-6 | 6 |
3 | Bazel | 4 | 1 | 2 | 1 | 4-4 | 5 |
4 | Styaua | 4 | 0 | 2 | 2 | 2-9 | 2 |
F qrupu
23.45 Borussiya (Dortmund, Almaniya) - Napoli (İtaliya)
23.45 Arsenal (İngiltərə) - Olimpik (Marsel, Fransa)
1 | Arsenal | 4 | 3 | 0 | 1 | 6-3 | 9 |
2 | Napoli | 4 | 3 | 0 | 1 | 7-6 | 9 |
3 | Borussiya | 4 | 2 | 0 | 2 | 6-4 | 6 |
4 | Marsel | 4 | 0 | 0 | 4 | 4-10 | 0 |
G qrupu
21.00 Zenit (Rusiya) - Atletiko (İspaniya)
23.45 Portu (Portuqaliya) - Austriya (Avstriya)
1 | Atletiko | 4 | 4 | 0 | 0 | 12-2 | 12 |
2 | Zenit | 4 | 1 | 2 | 1 | 3-4 | 5 |
3 | Porto | 4 | 1 | 1 | 2 | 3-4 | 4 |
4 | Austriya | 4 | 0 | 1 | 3 | 0-8 | 1 |
H qrupu
23.45 Ayaks (Hollandiya) - Barselona (İspaniya)
23.45 Seltik (Şotlandiya) - Milan (İtaliya)
1 | Barselona | 4 | 3 | 1 | 0 | 9-2 | 10 |
2 | Milan | 4 | 1 | 2 | 1 | 5-5 | 5 |
3 | Ayaks | 4 | 1 | 1 | 2 | 3-7 | 4 |
4 | Seltik | 4 | 1 | 0 | 3 | 2-5 | 3 |
Fanat.az