Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk görüşlərinə start verilib.
Fanat.Az xəbər verir ki, birinci oyun günündə 5 görüş keçirilib.
Monteneqroda "Sutyeska" və Cənubi Kipr APOEL-i arasında keçirilmiş matç Azərbaycan azarkeşləri üçün daha çox maraq kəsb edib. Çünki "Qarabağ" İrlandiya "Dundalk"ını üstələyəcəyi təqdirdə, məhz bu cütün qalibi ilə üz-üzə gələcək. Matç qonaq komadanın minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyunlar
23 iyul
Viktoriya” (Plzen, Çexiya) – Olimpiakos (Yunanıstan) 0:0
Saburtalo (Gürcüstan) – Dinamo (Zaqreb, Xorvatiya) 0:2
Qollar: Mislav Orşiç, 67. Petkoviç, 78 pen.
PSV (Holllandiya) – Bazel (İsveçrə) 3:2
Qollar: Bruma, 14. Sam Lammers, 89. Donyell Malen, 90+3 - Albian Ayeti, 45+1. Alderete Fernandes, 79
TNS (Uels) – Kopenhagen (Danimarka) 0:2
Qollar: Pyeros Sotiryu, 18. Robert Skov, 61-pen.
Sutyeska (Monteneqro) – APOEL (Cənubi Kipr) 0:1
Tomas De Vinsenti, 42-pen.
Qeyd edək ki, cavab görüşləri 30-31 iyulda keçiriləcək.
Fanat.Az