İngiltərənin "Piterboro Yunayted” klubu yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, aşağı liqa klubu digər İngiltərə təmsilçisi "Bedford Taun”la qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb.
"Piterboro Yunayted”in formasını geyinən Azərbaycanın gənclərdən ibarət milli komandasının üzvü Serhat Taşdemir meydana start heyətdə çıxıb və sonadək mübarizə aparıb. Yarımmüdafiəçi komandasının qollarından ikisinə imza atıb. O, 20-ci dəqiqədə hesabı açıb, 45-də matçın yekun nəticəsini müəyyənləşdirib.
Fanat.Az