12:14 24.07.2019 1588

"Səbail"in icraçı direktorundan açıqlama: klub dağılır?

"Ötən gündən etibarən bəzi mətbu orqanlarda guya "Səbail” klubunun fəaliyyətinin dayandırılması, futbolçuların komandadan kənarlaşdırılması ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayılmaqdadır. Hesab edirəm ki, bütün bunlara aydınlıq gətirilməsi vacibdir". 

Fanat.Az xəbər verir ki, bunu "Səbail"in icraçı direktoru Ramin Həsənov deyib. O bildirib ki, iyulun 22-də klubdaxili iclasın keçirilməsində qeyri-adilik axtarmağa gərək yoxdur: "Çünki istənilən klubda bu cür iclaslar vaxtaşırı keçirilə bilər və keçirilir də. Futbolçularla ötən mövsümün yekunları, Avropa Liqasında keçirilmiş oyunlar barədə söhbətimiz olub, digər cari məsələlər barədə müzakirələr aparılıb. Komanda üzvlərinin diqqətinə çatdırılıb ki, ödənişlərdə müəyyən gecikmələr var və mövsüm ərzində bu cür halların yaşanacağı istisna olunmur. Lakin klub hər bir futbolçu qarşısında üzərinə düşən öhdəliyi yerinə yetirəcək. Təəssüf ki, ya iclasda iştirak edən və bu məlumatı ictimailəşdirən bəzi şəxs və ya şəxslərin səhv təqdimatı, ya da bəzi mətbu orqanlarda yanlış anlaşılma ucbatından məsələnin həqiqətə uyğun olmayan interpretasiyası ilə rastlaşırıq". 

Həsənov "Səbail"in dağılması və ya fəaliyyətini dayandırması barədə xəbərləri əsassız adlandırıb: "Ötən gündən bəri yayılmış söz-söhbətlərin, spekulyativ informasiyaların olmaması üçün klubumuzun məqşçi və futbolçu heyətinə bildirmişik ki, bu məsələ ilə bağlı açıqlama verməsinlər. Çünki hər hansı yanlış ifadə sonda klubla bağlı həqiqətə uyğun olmayan məlumatların vüsət almasına gətirib çıxarır. Birmənalı şəkildə bəyan edirəm ki, klubun fəaliyyətini dayandırması və ya dağılması barədə deyilən və yazılanların heç bir əsası yoxdur". 

Bununla yanaşı, klub rəsmisi uzunmüddətli strateji məqsədlər üçün çalışmalarının gərəkliyini diqqətə çatdırıb: "Səbail” böyük tarixə malik klub olmasa da, qısa fəaliyyət müddəti ərzində müəyyən nəticələrə nail olmağı bacarıb. "Səbail”in ötən mövsüm bürünc medal qazanması və Avropa Liqasına vəsiqəni təmin etməsi kifayət qədər uğurlu nəticədir. Amma bu müvəffəqiyyət başgicəlləndirici effekt yaratmamalı, bizi eyforiyaya salmamalıdır. Uzunmüddətli strateji məqsədlər uğrunda çalışmağımız daha doğru olardı. Klubumuzda çox yaxşı uşaq-gənclər akademiyasının yaradılması istiqamətində işlər görülür. Böyük təcrübəyə malik hollandiyalı mütəxəssis akademiyanın fəaliyyətinə rəhbərlik edir. Yəni, əsas məqsədlərimizdən biri "Səbail” futbol akademiyasının müasir tələblər və standartlar əsasında fəaliyyətini təmin etməkdir. Digər vacib məsələ Premyer Liqada rəqabətədavamlı kollektivin olmasıdır. Düşünürəm ki, bu potensialımız da var. Üçüncü vacib istiqamət isə "Səbail”in əsas komandasının heyətində yerli və gənc futbolçuların çıxışına daha çox şəraitin yaradılmasıdır. Bununla, eyni zamanda, Azərbaycan milli komandalarının heyətinə cəlb olunacaq futbolçularla bağlı seçim imkanını genişləndirə bilərik. Bir faktı qeyd edim ki, UEFA Avropa Liqasında keçiridiyimiz hər iki oyunda start heyətində yerli futbolçuların sayı legionerlərdən çox olub. Bakıdakı oyunda "ilk 11-lik”də 6, səfər qarşılaşmasında isə 7 yerli futbolçu meydana çıxıb. Bu, bizi çox sevindirir. Əlbəttə, bütün bu proseslərdə legioner futbolçuların da öz yeri və payı olacaq. Lakin gələcəyə hesablanmış strategiyamıza uyğun olaraq, legioner futbolçuların sayının çox olmasını planlaşdırmırıq. Heç indi də "Səbail”in heyətində legionerləin sayı çox deyil". 

İcraçı direktor "Səbail” uzunmüddətli strateji yanaşma olaraq 3 əsas istiqamət üzrə fəaliyyətini davam etdirəcəyini və qarşıdakı hədəflərə çata biləcəklərinə ümidvar olduğunu vurğulayıb. 

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

Facebookdan bizi izləməyi unutmayın.
X