Beynəlxalq Çempionlar Kubokunda iştirak edən "Real" ötən axşam "Arsenal"ı penaltilər seriyası ilə məğlub etsə də, ciddi itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi Marko Asensio uzun müddətə sıradan çıxıb. Fasilədən sonra meydana daxil olan və komandasının 2-ci qoluna imza atan olan 23 yaşlı hücumameyilli futbolçu 65-ci dəqiqədə zədələnərək, meydanı xərəkdə tərk edib. Dərhal xəstəxanaya aparılan İspaniya millisinin üzvünün MRT nəticəsi ürəkaçan olmayıb. Sol diz ön çarpaz bağları qopduğu aşkarlanan oyunçunun təxminən 8-9 ay yaşıl meydanlardan uzaq qalması gözlənilir.
Futbolçu xərəklə meydandan çıxarılarkən göz yaşlarını saxlaya bilməyib. Onun vəziyyəti baş məşqçi Zinəddin Zidana pis təsir edib. Fransalı mütəxəssis Asensioya tərəf baxmayıb.