Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia FIFA Şurasından çıxarılıb.
Fanat.Az xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) qərar qəbul edib. Buna səbəb Klaudio Tapianın Amerika Kuboku zamanı mətbuata verdiyi açıqlama olub.
Belə ki, federasiya rəhbərinin iyulun 3-də dərc olunan açıq məktubunda Braziliya Futbol Konfederasiyası tənqid edilib. Klaudio Tapia bildirib ki, Argentina millisi hakimlərə və keyfiyyətsiz meydana görə yarımfinalda Braziliyaya 0:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Argentina millisinin kapitanı Lionel Messi də CONMEBOL-u tənqid edib. Ulduz futbolçu ciddi sanksiyalardan yayınmaq üçün qurumdan üzr istəməyə məcbur olub. Nəticədə hücumçu bir oyunluq cəzalandırılıb və 1500 dollar məbləğində cərimələnib.
Fanat.Az