Hələ Kişinyovdakı oyundan sonra "Neftçi”nin böyükhesablı qələbəsi bir tərəfdə qalmışdı, hamı rəqibin baş məşqçisi Kristian Efrosun mətbuat konfransında dilə gətirdiklərindən danışırdı. 0:3 hesablı məğlubiyyətə görə özünü günahkar bilməyən, əksinə, hakim səhvlərini qabardıb "Neftçi”nin "bostanına daş atan” 27 yaşlı mütəxəssis cavab görüşündən sonra daha biabırçı açıqlama ilə yadda qaldı. Sualı cavablamaq əvəzinə cinsi orqanını ön plana çıxaran klub prezidentinin oğlu ciddi qınağa tuş gəldi.
Sən demə, onu gözü götürməyən təkcə azərbaycanlı jurnalistlər və azarkeşlər deyil. Adam öz ölkəsində də nifrət sahibidi. Efrosun moldfootball.com saytında mətbuat konfransında səsləndirdiyi fikirlər yerləşdirilib ki, yazının şərh bölümündə sayt istifadəçiləri görün nələr yazıb.
Григораш: "Sən zəif məşqçisən. Rəhbərliyin altında oynayan futbolçular da mənimlə həmfikirdi”.
number1: "Eybəcərin oğlu”.
Мишико: "Malışevin yaxşı sözü var, yumurta toyuqlarda olur, kişilərdəki yumurtalıqlardı. Sən isə heç vaxt kişi ola bilməyəcəksən”.
salerli: "Sadəcə, naşısan, futboldan uzaq adamsan”.
Urho-Kalevo Kekkone: "Mən prezidentə hesabat verəcəm, mətbuata yox”... AHA! Atama deyəcəm!”
Vav: "Bilmirsiz, futbolda 0:9-dan sonra istefa verməmək nümunəsi var?”
Фист: "Bir anlıq təsəvvür edin, Efros Çempionlar Liqasına komanda hazırlayır. İllər öncə bu cür şikəsti meydanı sulamaq üçün qazona buraxmazdılar. Federasiyada oturan özbaşınalar yoldan keçən hamıya lisenziya verir. Lakin bir şeyi unudular ki, həmin məşqçiciklər Avropada Moldovanı təmsil edəcəklər. Bu cür xəstə efroslarla evdə sirkə baxırıq, səfərdə ştanqın altında qalan idmançıya baxıb gülürük”.
Олла: "Klooooooun”.
Olimp13: "100 faiz kontora oynayıblar”.
Мда…. : "Necə də yaraşıqlı oğlansan”.
Adrian: "Cinsi orqanı yerində olan kişi bunu sübut edər. Yaxşı komandaya rəhbərlik etmək istəyirsənsə, "Dream League Soccer” yüklə. İnan, yaxşı oyundu”.
Urho-Kalevo Kekkone: "0:9-dan sonra altına pampers qoyub gəzən məşqçi”.
EXP: "Moldova tarixində hələ belə zəif məşqçi olmamışdı. "Prezident” isə susur, danışmır”.
Mənbə: "Futbol+”