"Sumqayıt" Türkiyə toplanışını davam etdirir.
Fanat.Az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi bu gün növbəti yoxlama görüşünü keçirib.
"Kimyaçılar" Türkmənistan klubu "Ahal" önündə qüvvəsini sınayıb. Kızılcahamamda "Çam" otelinin stadionunda baş tutan görüşün taleyini bir qol həll edib.
Qeyd edək ki, "Sumqayıt" Türkiyədəki hazırlıq çərçivəsində ilk oyununu Rumıniya "Petrolul"una qarşı keçirib və qollu bərabərə (2:2) qalıb.
Yoxlama görüşü
24 iyul
"Sumqayıt" - "Ahal” (Türkmənistan) 1:0
Qol: Əmir Ağayev, 11.
Kızılcahamam. Çam otelinin stadionu