"Neftçi" yaxşı komandadı. Onlar Moldovanın "Sperantsa" kollektivini asanlıqla məğlub edib".
Fanat.Az xəbər verir ki, bu sözləri Rusiyanın "Arsenal" (Tula) klubunun baş məşqçisi İqor Çerevçenko "Neftçi" ilə oyundan öncə mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, Azərbaycan təmsilçisi ilə oyunun çətin olacaq: "Futbolçular sabah kimin start heyətində meydana çıxacağını bilmir. Mənim isə ilk 11-liklə bağlı müəyyən fikirlərm var. Rəqib hər il avrokuboklarda mübarizə aparır. Artıq hamı futbol oynamağı bacarır. Bizim üçün "Neftçi" ilə oynamaq xüsusi hadisədi. Ancaq Avropa Liqasının qrupuna düşmək üçün çox çalışmaq lazımdı. Bu, bizim hədəfimizdi".
Məşqçi Tula təmsilçisinin əsas məqsədinin Avropa Liqasının qruplarında çıxış etmək olduğunu bildirib: "Qrupda mübarizə aparmaq üçün görüləsi çox iş var. Bunun çox çətin olacağını başa düşürük".
Qeyd edək ki, iyulun 25-də "Arsenal” mərkəzi stadionunda baş tutacaq "Arsenal" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Cavab oyunu bir həftə sonra "Bakcell Arena"da keçiriləcək. Flaqman I təsnifat mərhələsində Moldovanın "Sperantsa" kollektivini mübarizədən kənarlaşdırıb - 3:0, 6:0.
Fanat.Az