"Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün Türkmənistanın "Ahal” klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra bunları deyib:
"Bu gün futbolçularımızı meydanda ilk oyuna nisbətən çox saxladıq. Bu da bizim üçün vacib idi. Nəticəyə gəldikdə isə, qalib gəlmək sevindirir. Lakin üzərində çalışılası boşluqlar da var. Növbəti oyunlarda boşluqları aradan qaldırıb, çempionata hazır vəziyyətdə olmağa çalışacağıq”.
Fanat.Az