"Real"dan ayrılacağı deyilən Qaret Beyli istəyən klub açıqlanıb.
Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, uelsli ulduzu Çinin "Pekin Quoan" klubu heyətinə qatmaq istəyir. Asiyalıların futbolçuya təklif etdiyi maaş da bəllidi. Belə ki, Çin klubu Beylə həftədə 1 milyon funt-sterlinq (1 milyon 121 min avro) təklif edir. "Pekin Quoan"un "Real"a təklif etdiyi məbləğ açıqlanmır.
Qeyd edək ki, Beyl 2013-cü ildə "Tottenhem"dən "Real"a 101 milyon avroya transfer olunub. Bir neçə gün əvvəl "Kral Klubu"nun baş məşqçisi Zinəddin Zidan uelsli ulduzla yolları ayırmağa hazırlaşdıqlarını bildirib.
Fanat.Az