Növbəti mövsümün hazırlıqlarına Bakıda başlayan "Keşlə” futbol klubu Türkiyəyə yollanacaq.
Fanat.Az xəbər verir ki, iyulun 27-dən avqustun 5-dək davam edəcək təlim-məşq toplanışı Bolu vilayətinin Gerede şəhərində keçiriləcək.
Qəsəbədə yerləşən "The Sign Esentepe Hotel & Ski Center” otelində məskunlaşacaq paytaxt təmsilçisi toplanış çərçivəsində 3 yoxlama matçı keçirməyi planlaşdırır. Tərlan Əhmədovun yetirmələri iyulun 31-də Türkiyənin I liqa təmsilçisi "Osmanlıspor”la qarşılaşacaq. Oyun "Bolu Koru Hotels Spa & Convention” otelinin stadionunda baş tutacaq.
Növbəti oyunların avqustun 2-də və 4-də keçirilməsi gözlənilir. Rəqiblərin kimliyi hələlik dəqiqləşməyib.
Fanat.Az