Gürcüstanın "Dinamo” (Tiflis) klubunun baş məşqçisi Visente Miranda Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Qəbələ”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, ispan mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Bu günkü matçda ən yaxşı komanda idi. Fərqi yoxdu ki, kim neçə dəqiqə oynadı. Futbolçularımızın hamısı meydanda canlarını qoydular. Bu, istədiyimiz yoldu və ona davam edəcəyik.
- Oyundan öncə demişdiniz ki, 0:0 hesablı heç-heçə, hətta 0:1 hesablı
məğlubiyyət də sizi qane edir. İndiki nəticədən sonra nə düşünürsünüz?
- Əlbəttə, səfərdə 2:0 hesablı qələbə bizim üçün yaxşı nəticədi. Ancaq
unutmamalıyıq ki, "Qəbələ” yaxşı rəqibdi. Əlimizdən gələni etməliyik ki, cavab
matçında üstünlüyümüzü qoruyaq və növbəti mərhələyə keçən komanda biz olaq.
- Yaxşı oynasaz da, bəzi anlarda zəif çıxış etdiz və rəqib sizi cəzalandıra
bilərdi...
- Bir qol daha artıq vura bilərdik. Açığı, rəqib də səviyyəli komandadı, yaxşı
futbolçuları var. "Qəbələ” də bizə tam rahat oynamağa imkan vermədi. Ancaq
ümumilikdə istədiyimizi həyata keçirə bildik.
- Tiflisdə də burda olduğu kimi, hücum futbolu oynayacaqsınız, yoxsa
heç-heçəyə?
- Hər matç üçün oyun modelimiz var. Bu gün yaxşı oynadıq və istədiyimiz
nəticəni əldə etdik. Ancaq bizi qarşıda mükəmməl rəqiblə cavab matçı gözləyir.
Buna 100 yox, 200 faiz hazır olmalıyıq ki, cütün qalibi biz olaq.
- Komandanız ölkə kubokunu nəzərə almasaq, 10 oyundu ardıcıl qalib gəlir.
Bunun sirri nədi?
- Bizim üçün komanda ruhu önəmlidi. Ümumi amalımız var və bunun üçün vuruşuruq.
Bu qələbə seriyasına görə bütün heyətimizi təbrik edirəm.
- "Qəbələ”nin yaxşı rəqib olduğunu durmadan qeyd edirsiz. Hansı
komponentlər diqqətinizi çəkdi ki, onu bəyndiniz?
- "Qəbələ” çox kompakt, aqressiv oynayan komandadı. Fərdi oyun keyfiyyətləri
ilə seçilən futbolçuları var. Hər an bizə təhlükə yaradan komandadı. Xüsusilə
standart vəziyyətlərdə. "Qəbələ”nin yarımmüdafiə və hücum xəttini xüsusislə
qeyd edərdim. Tiflisdəki matçda gərək topa daha çox nəzarət edən tərəf biz olaq
ki, mərhələni keçək.
- Bunadək şansları bərabər dəyərləndirmişdiz. İndi səmimi olsanız, şansları
necə faiz qiymətləndirərsiz?
- Yenə fikrimdə qalıram. Bunu səmimi şəkildə deyirəm. Bizə görə bu hesab çox
təhlükəlidi. Bunu oyundan sonra paltardəyişmə otağında da komandayla müzakirə
etdik. (sport24)