23:27 25.07.2019 1683

Roberto Bordin: \"Sevincimiz bu günlük olmalıdı\"

"Nəticədən və oyundan razıyıq. Dünən də demişdik ki, matç çətin olacaq və belə də oldu”.


Fanat.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Rusiyada "Arsenal"ı 1:0 hesabı ilə məğlub etdikləri Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan sonra təşkil edilən mətbuat konfransında deyib.

 

İtaliyalı mütəxəssis futbolçuların oyuna yanaşmasından razı qaldığını söyləyib:


- Futbolçularım tapşırıqları düzgün yerinə yetirdilər. Pressinq tətbiq etdilər və rəqibə orta xətdə öz oyununu sərgiləməyə imkan vermədilər. Sonradan meydana çıxan futbolçuçardan da razıyam. Onlar tempi saxladılar. Komandamı təbrik edirəm.


- "Neftçi"nin sizin dönəminizdə taktiki cəhətdən ən mükəmməl oyununu oynadığını söyləmək olar?
- Taktika rəqibdən asılı olaraq dəyişir. Bu gün çalışdıq ki, "Arsenal" "1 nömrə" kimi oynaya bilməsin. Ən çox da hücumçular səy göstərdi. Rauf Əliyev rəqibin iki mərkəz müdafiəçisinin arasında çox düzgün oynadı. Cinah hücumçuları da yaxşı oyun nümayiş etdirdilər.


- Komandanızın vəzifənin öhdəsindən neçə faiz gəldiyini düşünürsünüz?
- Məşqçilər korpusu ilə işləyirik. Biz oyunçulara müəyyən məlumat və tapşırıqlar veririk. Bu gün hər şeyi düzgün etdilər. İndi yalnız sevinə bilərik. Ancaq sevincimiz bu günlük olmalıdı. Cavab matçına hazırlaşmalıyıq. Faiz deyə bilmərəm. Faiz söyləməyim çox böyük səhv olardı.


- Dario Federikonun zədəsi ciddidi, yoxsa cavab oyununda komandaya kömək edə biləcək?
- Hər iki ayağında qıcolma vardı. Başqa futbolçularımızda da mikrozədələr var. Bu gün çox yoruldular. İndi onların durumu barədə dəqiq bir söz deyə bilmirəm. Zədələri öncədən təxmin etmək olmur. Bəli, uçuşumuz yubandığı üçün məşq prosesi dəyişdi. Ancaq yol yorğunluğunun zədəyə aiddiyatı yoxdu. Rəqibin cinah oyunçuları çox aktiv oynadılar.


- Növbəti mərhələyə çıxmaq sözü verə bilərsiz?
- Bayaq da dedim, indi nəsə demək, söz vermək böyük səhv olar. Bakıdan gələn azarkeşlərimizi təbrik edirəm. Bura gəlib bizi dəstəklədikləri üçün sevinirəm.


- Rəqibin heyətində kimi qeyd edə bilərsiz?
- Futbolda kollektiv oyunu önəmlidi. "Arsenal" çox yaxşı komandadı. Kimisə fərqləndirməyi düzgün saymıram.

 

 

Fanat.Az

 



 

 

Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

11 phrase_var_core.may 2025
15:27

"İnter" 2 futbolçusu ilə vidalaşır - ADLAR

14:50

"Peşəkar inkişafıma ən çox kömək edən..." - Lionel Messi açıqladı

14:13

Emil oynadı, komandası səfərdə qazandı

13:44

Vüsaldan assist, komandası pley-offda, Coşqun isə...

13:24

Azərbaycan karateçilərindən dünya çempionatında 4 medal

12:55

"Qarabağ" 10 pillə irəlilədi, "Sabah" 26

12:21

"Barselona" zədəli oyunçularının sıraya döndüyünü açıqladı

11:59

Sörlotun etdiyini indiyədək bacaran olmamışdı - Tarixi rekord

11:26

"Bayern Münhen" Almaniya yığmasının üzvü ilə danışıqlara başladı

10:57

"Real" Fransa millisinin futbolçusunu alır - SON DURUM

10:22

ABL: Bu gün final seriyasında 5-ci oyun keçiriləcək

09:53

MPL: "Kəpəz" "Sumqayıt"a,çempion "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

02:09

İtaliya A Seriyası: "Yuventus" son dəqiqə qolu ilə yıxıldı

01:50

İspaniya La Liqası: "Atletiko" qələbəni darmadağınla qazandı

00:53

Türkiyə Super Liqası: "Qalatasaray" Trabzon səfərindən 3 xalla ayrıldı

00:31

Almaniya Bundesliqası: "Bayern Münhen"dən inamlı qələbə

10 phrase_var_core.may 2025
23:56

İPL: “Mançester Siti” "Sauthempton"la bacarmadı

23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

phrase_var_core.fb
X