22:11 25.07.2019 1446

Zaur Həşimov: \"Davitin etirazını başa düşürük\"

Qəbələ”nin baş məşqçisi Zaur Həşimov Avropa Liqasının II təsnifat mərhələsində Gürcüstanın "Dinamo” (Tbilisi) komandasına evdə 0:2 hesabı ilə uduzduqları ilk matçdan sonra mətbuat konfransı keçirib.

 

Fanat.Az xəbər verir ki, gənc mütəxəssis öncə matçı dəyərləndirib.


 

- Yaxşı, mobil komandaya qarşı oynadıq. Bilirdik ki, fiziki, taktiki planda hazırlıqı komandadır. Bunu meydanda da göstərdilər. Göstərdilər ki, hazırda optimal formadadırlar. Əbəs yerə çempionatda lider deyillər. İtkilərimiz vardı. Zədəli, tam hazır olmayan futbolçularımız var. Davit Volkov toplanışda zədələnmişdi. Yeni komanda qururuq. Optimal formada olduğumuzu deyə bilmərəm. Evdəki ilk matçda 0:2 hesabı ilə uduzmağımız bizə pis təsir edir.


 

- Qələbə gəlmək üçün planınız nə idi?

- Əlimizə düşən qol şansları uzun ötürmələrdən sonra olurdu. Rəqibin müdafiəsinin arxasına verilən ötürmələrlə buna nail olmaq istəyiridk. Bəzən alınırdı, ancaq son zərbə qapıya getmirdi.


 

- Ülvü İsgəndərov məşqlərin, yoxlama oyunlarının kralıdır. Amma bu gün heç nə ilə yadda qalmadı. Belə olan halda, onu niyə tez əvəzləmədiniz?

- Ülvü hazırda yaxşı formadadır. Onu əvəzləyə bilən yeganə hücumçumuz Kristian Kuakudur ki, o da hələ tam hazır deyil. Həm də nəzərə alaq ki, İsgəndərovun avrokuboklarda debütü idi. Bəlkə də həyəcan oyununu göstərməyə imkan vermədi. Ona güvənirik və qarşıdakı mövümdə bizə çox kömək edəcək.


 

- Volkovun zədəli olduğunu dediniz. Ancaq oyundan çıxanda əvəzlənməyinə etiraz etdi...

- Onun mövsüm bitəndən sonra ailəsində itki oldu, düşərgəmizi tərk etdi. Sonradan toplanışımıza qoşuldu. Davit heç bir yoxlama matçında 90 dəqiqə oynamayıb. Etrirazını başa düşürük. Avrokubok matçında sonadək meydanda olmağı arzulayırdı. Üstəlik, həmyerliləri ilə oyunda özünü göstərmək istəyirdi. Böyük etirazı olmadı, tezliklə hər şey qaydasına düşdü.


 

- Rəqibi iş başında gördünüz. Cavab matçında nəyə ümid edək?

- Bu sualı gözləyirdim. Rəqibi daha yaxşı tanıdıq. Üstün və zəif cəhətlərini gördük. Gürcüstana qələbə dalınca gedəcəyik. İndidən artıq əlimizi yana salmırıq.


 

- Klub rəhbərliyi daha transfer olmayacağını açıqlayıb. Bu heyətlə çempionatda hədəfləriniz nə olacaq?

- Bu, Sənan Qurbanova veriləsi sualdır. Bu gün üçün oyunumuz optimal səviyyədə deyil. Gənc futbolçularımız yeni qoşulublar. Akademiyadan çox futbolçu götürmüşük. Legionerlərimiz də gec qoşulub. Şəxsi fikrim belədir ki, çempionatda daha optimal "Qəbələ" görəcəyik.

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

11 phrase_var_core.may 2025
15:27

"İnter" 2 futbolçusu ilə vidalaşır - ADLAR

14:50

"Peşəkar inkişafıma ən çox kömək edən..." - Lionel Messi açıqladı

14:13

Emil oynadı, komandası səfərdə qazandı

13:44

Vüsaldan assist, komandası pley-offda, Coşqun isə...

13:24

Azərbaycan karateçilərindən dünya çempionatında 4 medal

12:55

"Qarabağ" 10 pillə irəlilədi, "Sabah" 26

12:21

"Barselona" zədəli oyunçularının sıraya döndüyünü açıqladı

11:59

Sörlotun etdiyini indiyədək bacaran olmamışdı - Tarixi rekord

11:26

"Bayern Münhen" Almaniya yığmasının üzvü ilə danışıqlara başladı

10:57

"Real" Fransa millisinin futbolçusunu alır - SON DURUM

10:22

ABL: Bu gün final seriyasında 5-ci oyun keçiriləcək

09:53

MPL: "Kəpəz" "Sumqayıt"a,çempion "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

02:09

İtaliya A Seriyası: "Yuventus" son dəqiqə qolu ilə yıxıldı

01:50

İspaniya La Liqası: "Atletiko" qələbəni darmadağınla qazandı

00:53

Türkiyə Super Liqası: "Qalatasaray" Trabzon səfərindən 3 xalla ayrıldı

00:31

Almaniya Bundesliqası: "Bayern Münhen"dən inamlı qələbə

10 phrase_var_core.may 2025
23:56

İPL: “Mançester Siti” "Sauthempton"la bacarmadı

23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

phrase_var_core.fb
X