10:23 26.07.2019 1504

Azərbaycanda IWF-in İnkişaf Proqramı çərçivəsində məşqçilər üçün beynəlxalq seminar keçirilib - FOTO/VİDEO

22-24 iyul tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasında Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) İnkişaf Proqramı çərçivəsində Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) təşkilatçılığı ilə məşqçilər üçün seminar (Coaching Seminar in the framework of the IWF Development Program 2019) təşkil olunub. Tədbirdə məruzəçilər qismində dünyaca məşhur ağır atletika mütəxəssisləri Kolin Bakli (İrlandiya) və Eduard Andryuşkeviç (Latviya) çıxış ediblər. Seminarda Azərbaycanın müxtəlif regionlarından olan 30-a yaxın məşqçi iştirak edib.

Üç gün davam edən seminar zamanı "Yeni nəsil məşqçiliyi”, bərpa tapşırıqları, idmançıların yerinə yetirdikləri klassik hərəkətlərin alman sistemi əsasında video texniki-təhlili, yığma komandanın təlim-məşq proseslərinin izlənməsi, Avropa Ağır Atletika Federasiyasının (EWF) məşqçilik strukturu (EWF Ağır atletika akademiyası) və digər aktual məsələlər üzrə nəzəri və praktiki sessiyalar keçirilib.

Bundan başqa dünya ağır atletikasında məşqçiliklə bağlı baş verən yeniliklər barədə məlumat verilib. Sıx interaktivlik şəraitində keçən mühazirələrdə çox sayda suallara cavab alınıb, yerli məşqçilərin fikirləri dinlənilib, qonaq mühazirəçilərin rəyləri verilib.

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov da baş tutan beynəlxalq seminar barədə öz fikirlərini bildirib: "Bu seminarı məşqçilər üçün Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) İnkişaf Proqramı çərçivəsində təşkil edirik. Hər il IWF xətti ilə bu quruma üzv olan ölkələrdə ağır atletikanın inkişafı məqsədilə istər məşqçi kadrlarının, istərsə də idmançıların yüksək səviyyədə hazırlanması üçün belə tədbirlər həyata keçirilir. Biz də AAAF olaraq bu ildən bu layihələrə qoşulduq. Qərara gəldik ki, məşqçilərə seminar təşkili təklifini verək. Təşəbbüsümüzü IWF dəstəklədi. Kolin Bakli və Eduard Andryuşkeviç kimi təcrübəli mütəxəssisləri çağıraraq onların bilik və bacarıqlarından yararlanmaq istədik ki, seçimimizin doğru olduğunu burada bir daha şahidi olduq. Çox səmərəli seminar oldu. Ağır atletikada 3 istiqamətdə – yeni başlamış məşqçilər, müəyyən təcrübəsi olan məşqçilər və yüksək ustalıq səviyyəli məşqçilər istiqamətində seminarlar təşkil olunur ki, biz bunun sintezini etdik və hər üç kateqoriyaya aid məşqçilərin eyni zamanda iştirak edib biliklərini təkmilləşdirə biləcəyi seminar keçirməyə nail olduq. Gələcəkdə ayrı-ayrılıqda kateqoriyalar üçün də keçirə bilərik, ancaq ilk olduğu üçün hamısını əhatə etmək qərarına gəldik. Ölkəmizdə ağır atletika idman növünün daha da inkişaf etdirilməsi məqsədilə təşkil olunmuş nəzəri və praktiki seminarın çox əhəmiyyətli və vacib olmasını qeyd edə bilərəm. Məşqçilərin və digər idman mütəxəssislərinin müasir ağır atletikada baş verən yeniliklər ilə mütəmadi tanış olmaları, yüksək dərəcəli idmançıların hazırlanması istiqamətində öz təsnifatlarını daima inkişaf etdirmələri məqsədilə Azərbaycan Ağır Atletika federasiyası Beynəlxalq və Avropa ağır atletika federasiyaları və digər idman təşkilatları ilə sıx əməkdaşlıq aparmaq kursunu inkişaf etdirmək niyyətindədir".
Üç gün davam edən nəzəri və praktiki seminar ölkəmizin şəhər və rayonlarından dəvət olunmuş məşqçi-müəllimlərin böyük marağına səbəb olmaqla yanaşı, onlar üçün faydalı nəzəri və praktiki bilik əldə etmək imkanı yaradıb.
 




Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X