"Nəticə məntiqəuyğundu. "Neftçi" oyunu daha yaxşı keçirdi, "Arsenal"da isə alınmadı".
Fanat.Az xəbər verir ki, bunu Rusiyanın əfsanəvi futbolçusu Andrey Arşavin deyib.
"Zenit" və London "Arsenal"ının sabiq hücumçusu ölkəsində "Matç TV" kanalında Avropa Liqasının II təsinfat mərhələsində keçirilən "Arsenal" - "Neftçi" görüşünü şərh edib. 38 yaşlı veteran futbolçu həmyerlilərinin matçı zəif keçirdiyini söyləyib.
38 yaşlı veteran hücumçu "Neftçi"nin layiqli qələbə qazandığını bildirib: "Neftçi" Rusiya Premyer Liqasında 6-16-cı yerlər arasında istənilən pillədə qərarlaşa bilər. "Arsenal"ın tam gücünü daha sonra biləcəyik, ancaq ilk növbədə "Neftçi"ni keçmək lazımdır. Azərbaycanlılar daha yaxşı hücum etdilər. Zərbə lazım olanda zərbə vurdular, ötürmə lazım olan epizodlarda ötürmə verdilər. "Arsenal"ın heyətində Kanqvanın oynaması daha yaxşı olardı. Xatırlayıram ki, Azərbaycan millisinə qarşı çıxış etdiyim zaman onlar sərt futbol göstərirdilər".
Fanat.Az