Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Peşəkar Futbol Liqasından Fanat.Az-a verilən məlumata görə, tədbir avqustun 5-də AFFA-nın inzibati binasında keçiriləcək. Saat 15.00-da başlanacaq tədbir 8 klubun nümayəndələrinin iştirakı ilə gerçəkləşəcək.
Qeyd edək ki, Premyer Liqada yeni mövsüm 16 avqustda başlayacaq.
Fanat.Az