"Neftçi" keçilə biləcək komandadı. Onların güclü hücumları yoxdu, bəzən oyunu yavaşladırdılar".
Fanat.Az xəbər verir ki, bu sözləri rusiyalı məşqçi Rinat Bilyaletdinov deyib.
"Rubin"in sabiq baş məşqçisi Rusiya mətbuatına açıqlamasında Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində "Arsenal"la "Neftçi" arasında keçirilən ilk oyuna münasibət bildirib. "OIK Xabarovsk"un baş məşqçisi qismində ötən il "Neftçi" ilə yoxlama görüşündə üz-üzə gəlmiş mütəxəssis paytaxt klubunu keçilməz saymır: "Neftçi" "Arsenal"ın solaxaylarını yaxşı təhlil etmişdi. Onlar Qriqalava, Tkaçyov və Qorbatenkonu bağlamışdılar. "Neftçi" meydanın mərkəzində məni təəccübləndirəcək şəkildə intizamlı idi, ancaq qapıçıları da layiqli oynadı. Topu yumruqla uzaqlaşdırdığı anlarda düzgün yerə atırdı və orda "Arsenal"dan heç kim olmurdu. "Arsenal"ı ciddi narahat edəcək şəkildə bir neçə dəfə hücuma çıxsalar da, 1 qolla kifayətləndilər. Qol epizodunda isə blok qoymaq və cinahdakı oyunçunu qaçırmamaq lazım idi. Hər şey kitabda var, ancaq futbolda öncədən xəbər verilmir".
Fanat.Az