Bu həftə Çempionlar Liqasında və Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Fanat.Az-ın məlumatına görə, dünənki qarşılaşmalardan sonra UEFA-nın əmsallar cədvəlində dəyişikliklər olub.
"Neftçi"nin sayəsində Azərbaycan hesabını zənginləşdirib. "Ağ-qaralar"ın Rusiyada "Arsenal”ı 1:0 hesabı ilə yenməsi ölkəmizə 0,250 əmsal gətirib. Bununla da cari mövsümün qazancı 1,250-yə qalxıb. Azərbaycanın mövqeyinə gəlincə, yerimiz dəyişməz qalıb - 26-cı pillə.
Son 5 mövsümün nəticəsinə əsasən 16,625 əmsalı olan ölkəmiz 25-ci pillədəki Qazaxıstandan 1,000 əmsal geri qalır.
Fanat.Az