Almaniyanın "Hoffenhaym” klubu yeni futbolçu alıb.
Fanat.Az xəbər verir ki, Bundesliqa təmsilçisi "Kopenhagen”dən Robert Skovu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.
"Hoffenhaym” Danimarka millisinin də formasını geyinən Skov üçün 10 milyon avro təzminat ödəyib.
Fanat.Az