"Slavya"ın gənclər komandasında çıxış edən 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Fərid Nəbiyev Praqa klubunda növbəti qollarını vurub.
Fanat.Az-ın məlumatına görə, gənc hücumçu komandasının "Ştexovitse" ilə yoxlama oyununda het-trik edib. O, 36, 38 və 71-ci dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, Fəridin 90 dəqiqə meydanda olduğu qarşılaşma komandasının 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Fanat.Az