Almaniya II Bundesliqasında çıxış edən "Aue" klubu yeni mövsümə qələbə ilə başlayıb.
Fanat.Az xəbər verir ki, Ertsgebirge təmsilçisi ilk turda "Qröyter Fürt"ə səfərdə qalib gəlib - 2:0.
İlk qolu Azərbaycan millisinin hücumçusu Dmitri Nazarov vurub. O, 25-ci dəqiqədə fərqlənib.
Dmitri Nazarov bu matçda sonadək meydanda olub.
Fanat.Az