Milli komandamızın futbolçusu Eddi İsrafilov İspaniyanın "Alkorkon” klubunu tərk edib.
Fanat.Az xəbər verir ki, buna səbəb I divizion təmsilçisinin yeni baş məşqçisi Fren Fernandesin onun xidmətindən imtina etməsi olub. 27 yaşlı yarımmüdafiəçi adı Marbelyadakı təlim-məşq toplanışına aparılan futbolçuların siyahısına salınmayıb.
"Aupa Alba” portalının məlumatına görə, İsrafilovun xidmətində digər I divizonun təmsilçisi "Albasete” maraqlıdı.
Qeyd edək ki, İsrafilov ötən mövsüm "Alkorkon”un heyətində 31 oyun keçirərək 1 qol vurub və 2 məhsuldar ötürmə edib. O, əvvəllər İspaniyanın "Ximnastik”, "Kadis”, "Mursiya”, "Qranada”, "Eybar” və "Kordoba” klublarında çıxış edib.
Fanat.Az