11:03 26.11.2013 526

Zaur Axundov: "Məqsədimiz final oyununa yüksəlməkdi"

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun müsahibəsi

 

- “Araz”ın “Dördlər finalı”na yüksəlməsi münasibətilə sizi təbrik edirik. Portuqaliyada keçirilən elit-raund məhələsənin oyunlarını canlı ilzədiniz. Turnir sizin üçün hansı təəssüratlarla başa çatdı?

- Ölkəmizin futbol ictimaiyyətini, futzalsevərləri bu uğur münasibətilə təbrik edirəm. “Araz” Futzal Klubu tarixində ikinci dəfə “Dördlər finalı”na vəsiqə qazandı. Bu, böyük nailiyyətdi. Turnir yüksək səviyyədə keçdi. Təbii ki, oyunlar zamanı gərginlik var idi. Ələlxüsus üçüncü oyunda komandalarla yanaşı, azarkeşlərin də oyuna necə hazırlaşdığının şahidi olduq.

 

- Komanda cari mövsümdə qarşısına ciddi məqsəd qoyub və artıq ilkin tapşırığın öhdəsindən gəlib. Necə düşünürsünüz, “Araz” elit-raundda potensialından tam istifadə edə bildimi?

- Sevindirici haldır ki, hansısa futzalçını fərdi qaydada fərqləndirmək mümkün deyil. Çünki komanda kollektiv şəkildə yaxşı çıxış etdi. Sonuncu oyuna baş məşqçidən tutmuş inzibatçıya qədər hamı birgə hazırlaşmışdı və 40 dəqiqə ərzində ayrı-ayrı futzalçıların deyil, kollektiv mübarizənin şahidi olduq. Komanda oyunu öz bəhrəsini verdi. Qarşıya qoyulan ilkin məqsədə çatdıq. Bizi qarşıda “Dördlər finalı” gözləyir. Məqsədimiz final oyununa yüksəlməkdir.

 

- Təşkilatçılığı necə dəyərləndirirsiniz?

- Portuqaliya Futzal Federasiyasının elit-raund mərhələsinin oyunlarına yüksək səviyyədə hazırlaşdığı hiss olunurdu. Çünki burda olduğumuz müddətdə heç bir problemlə üzləşmədik. Buna görə də portuqaliyalı həmkarlarımıza təşəkkür edirik.

 

- “Sportinq” qrupun top-komandası idi. Üstəlik, oyunların Lissabonda keçirilməsi sizi nə dərəcədə narahat edirdi?

- Dörd komanda - “Sportinq”, Moskva “Dinamo”su, “Barselona” və “Kayrat” cari mövsümdə oyunlara elit-raunddan başlamışdı. Yəni qrupdakı rəqibimiz ötən mövsüm Avropanın dörd ən güclü komandasından biri idi. Oyunların Portuqaliyada keçirilməsi “Sportinq”ə əlavə stimul verirdi. Bütün oyunlara azarkeş dəstəyi altında çıxırdılar. Amma sonda “Araz” sübut etdi ki, uğur oyunçuların fərdi ustalıq keyfiyyətləri ilə deyil, kollektiv şəkildə əldə edilir.

 

- “Dördlər finalı”nın ölkəmizdə keçirilməsi üçün artıq Bakının namizədliyi irəli sürülüb. Bu sahədə hansı işlər görüləcək?

- Bu həftə UEFA nümayəndələri Bakıya gələcək. Onlar noyabrın 29-da bir neçə idman qurğusuna baxacaqlar. Dekabrın 12-də isə UEFA yekun qərar verəcək. Bu gün ölkəmizdə böyük yarışların təşkili üçün hər cür şərait var. Respublika Prezidenti cənab İlham Əliyev ölkədə idmanın inkişafına böyük diqqət və qayğı göstərir. Bu gün bütün standartlara cavab verən idman komplekslərimiz var. AFFA rəhbərliyi də bu cür yarışların ölkəmizdə təşkil edilməsinə nail olmaq üçün lazım olan şəraiti yaradır. Bunun nəticəsidir ki, paytaxtımız “Dördlər finalı”nı qəbul etməyə real namizədlərdən biridi.

 

- Qeyd etdiyiniz kimi, “Dördlər finalı”nda Avropanın ən güclü komandaları iştirak edəcək. Bunu nəzərə alaraq, “Araz”ın heyətinin gücləndirilməsi nəzərdə tutulubmu?

- Təbii ki, yarışa ciddi hazırlaşacağıq. Hazırkı heyəti qorumaq şərtilə bir neçə futzalçı “Dördlər finalı”nda iştirak etmək üçün klubumuza dəvət edilə bilər. Əsas heyət oyunçularımızdan Edu iki sarı vərəqə aldığına görə cəzalı vəziyyətdədi. O, birinci oyunu buraxmalı olacaq. Onun mövqeyini gücləndirmək üçün müəyyən işlər görüləcək.

 

- Millinin əsasını “Araz”ın oyunçuları təşkil edir. Komandanın bu zəfəri millinin Avropa çempionatının final mərhələsi çərçivəsində keçirəcəyi oyunlara nə qədər müsbət təsir edə bilər?

- Portuqaliyadakı elit-raund mərhələsi artıq bir tarixir. Bakıda döndükdən sonra komandanın istirahət üçün vaxtı olmayacaq. Dərhal milli çempionatın oyunlarına hazırlıq başlayacaq. Bu gündən bütün fikrimiz yığmanın oyunlarına yönəlib. Komanda dekabrda Türkiyədə, yanvarda isə Serbiyada təlim-məşq toplanışları və yoldaşlıq oyunları keçirəcək. Belçikaya Serbiyadan yollanacağıq. Bu gün Azərbaycanda futzala maraq artıb. Daxili çempionatda 65-ə yaxın  komandanın iştirak etməsi futzalın inkişafından xəbər verir. “Dördlər finalı” Bakıda keçirilərsə, azarkeşlərin tribunaları dolduracağını düşünürəm. Bu da futzalın daha da inkişaf etməsinə təkan olacaq.

 

- “Dördlər finalı” Bakıda keçirilərsə, bunu “Araz” üçün üstünlük saymaq olarmı?

- Əlbəttə, meydan amili, azarkeş dəstəyi xeyrimizə olacaq. İnanıram ki, “Araz” azarkeş dəstəyi ilə istənilən komandanı məğlub edəcək gücdədi. Hələ “Sportinq”lə oyunda azarkeş dəstəyi əlehimizə olsa da, nəyə qadir olduğumuzu hamı gördü. Yeri gəlmişkən, oyundan sonra “Sportinq” klubunun prezidenti doğma meydanda indiyə qədər belə uduzmadıqlarını bildirdi.


affa.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X