Neymara qarşı təcavüz iddiası ilə bağlı gözlənilməz qərar - FOTO/VİDEO
Braziliya polisi ulduz futbolçu Neymar haqqında başladılan təcavüz ittihamı ilə cinayət işini dəlil yetirsizliyindən bağlamalı olub.
Fanat.Az xəbər verir ki, bu barədə San Paulo Prokurorluğu məlumat yayıb. Prokurorluqdan bildirilib ki, yekun qərarı iş üzrə prokurorlar verəcək.
Qeyd edək ki, cinayət işi Najila Trindade Mendes de Souza addlı modelin iddiasından sonra açılmışdı. Braziliyalı model hadisənin mayın 15-də Parisdəki otellərdən birində baş verdiyini deyib. O, bildirib ki, həmin gün oteldə təşkil edilən bir tədbirə Neymarla birlikdə qatılıb. Najila qeyd edib ki, hələ səfərdən öncə Neymarla birlikdə olmaq niyyətində olub. Lakin futbolçunun kobud davranışından şikayət edib: "Maliyyə problemlərinə görə, səfər və oteldə qalma xərclərimi Neymar ödədi. Lakin daha sonra onun fərqli insan olduğunu gördüm. Otaqda qoruyucusuz cinsi əlaqə qurmağımızı istədi. Ardından sərt şəkildə ayaqlarıma vurmağa başladı. Onun təcavüzünün qurbanı oldum. Neymarla heç vaxt sevgili olmaq barədə düşünməmişəm. Bəli, yeganə gözləntim cinsi əlaqə idi".
Onu da qeyd edək ki, Neymar və Najilanın oteldə mübahisə etdiyi görüntülər də yayılmışdı. Futbolçu isə modelin ondan pul almağa çalışdığını demişdi.