21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi hər iki oyunun başlama vaxtı məlum olub.
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamızın sentyabrın 6-da Slovakiya, 10-da isə Gürcüstan yığması ilə keçirəcəyi oyunlar eyni saatda start götürəcək. "Dalğa Arena"da keçiriləcək hər iki qarşılaşma saat 20:30-da başlayacaq.
Fanat.Az