AFFA İntizam Komitəsi qalmaqallı "İnter" - "Neftçi" ilə oyunla bağlı qərar verib. Fanat.az xəbər verir ki, komitə "ağ-qaralar"ın iki oyunçusunu cəzalandırıb.
Matçın 63-cü dəqiqəsində aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alan "Neftçi"nin Flavinyo 2 oyunluq cəzalandırılıb, klub 2000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra isə "Neftçi"nin futbolçusu Denis Silva "İnter"in oyunçusu Meza Kolli Derlisə qarşı aqressiv hərəkət edib. Buna görə futbolçu 3 oyunluq cəzalandırılıb, klub 3000 manat cərimə edilib. Komitə "Neftçi"ni 4, "İnter"i 5 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimələyib.
Hakimlər Komitəsinə və Hakim-İnspektorlar komitəsinə hakimlərin idarəçiliyinə, həmçinin hakim-inspektor və AFFA nümayəndəsinin matçda fəaliyyətinə baxaraq İntizam Komitəsinə məlumat vermək tapşırılıb.
Fanat.az