AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə AZAL-la oyunun 33-cü dəqiqəsində azarkeşləri tərəfindən meydançaya kənar əşyalara tılan "Qəbələ"ni 2000 manat cərimə edib.
"Xəzər Lənkəran" isə Con Toşaka görə cəzalanıb. Uelsli mütəxəssis istefa verdiyi "Bakı" matçından sonra mətbuat konfransına qatılmamışdı. Bu səbəbdən Lənkəran klubu 1000 manat cərimələnib.
Fanat.az