AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə "Neftçi"nin əvəzedici komandasının üzvü Mehman Rəsulovu cəzalandırıb.
Buna səbəb onun "İnter"lə oyunun 25-ci dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alması olub. Rəsulov bu səbəbdən 2 oyunluq cəzalandırılıb, klubu 1000 manat cərimə edilib.
Fanat.az