"Kapital Bank Arena"nın ehtiyat meydançasında "Sumqayıt"ın 2004-2005-ci il təvəllüdlü futbolçuları ilə pakistanlı həmyaşıdları arasında dostluq oyunu keçirilib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, görüşdən öncə qonaqları salamlayan "Sumqayıt"ın vitse-prezidenti Vaqif Ömərov və akademiyanın direktoru Hakan Sünal pakistanlı qonaqları burada gördüklərindən məmnun olduğunu, Azərbaycan və Pakistan arasındakı dostluğun daima davam etməsi arzularını bildirib.
Qarşılaşma "Sumqayıt"ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Kimyaçılar"ın qollarını Namiq Məmmədzadə, Ruslan Əliyev, Rəhman Məmmədov, Fərid Abbasov və Rəvan Əsgərzadə rəqib qapısından keçirib.
Fanat.Az