AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri I divizionun XI turunun oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
- “Araz” - “Şuşa” matçında “Araz” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
- “Turan-T” - “Ağsu” matçının 75-ci dəqiqəsində “Ağsu” klubunun futbolçusu Fariz Ramazanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 89-cu dəqiqəsində “Ağsu” klubunun futbolçusu Azər Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).
- “Karvan” - “Bakılı” matçında “Karvan” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 84-cü dəqiqəsində “Karvan” klubunun futbolçusu Əziz Hüseynovla “Bakılı” klubunun futbolçusu Comərd Baxşəliyev biri-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanır, klublar 200 manat cərimə olunur (maddə 42.1).
- “Qaradağ” - “Neftçala” matçının 55-ci dəqiqəsində “Neftçala” klubunun futbolçusu Qasan Qasanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Matçın 80-ci dəqiqəsində “Qaradağ” klubunun məşqçisi Nasim Əhmədov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 62).
Oyunun 90+5-ci dəqiqəsində “Neftçala” klubunun 7 №-li futbolçusu Nakim Vəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Qeyd edək ki, "Qaradağ" - "Neftçala" oyunundan sonra "Neftçala"nın prezidenti Famil Səfiyev baş hakim Orxan Məmmədovu söyüb. Lakin AFFA klub rəhbərini cəzasız qoyub.
Fanat.az