"Neftçi"nin Avropa Liqasının 3-cü təsnifat mərhələsində İsrailin "Bney Yehuda” klubu ilə oyunlarının vaxtı müəyyənləşib.
Fanat.az klubun rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, ilk görüş avqustun 8-də "Bakcell Arena”da, cavab matçı isə ayın 15-də Tel-Əvivdə keçiriləcək. Hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Xatırladaq ki, "Neftçi" Tula "Arsenal"ına qalib (1:0, 3:0) gələrək növbəti mərhələyə yüksəlib.
Fanat.az