Həvəskarlar arasında Azərbaycan birinciliyində hakimlər döyülüb. Fanat.az xəbər verir ki, hadisə “Adığün” - “Neftçala” matçında baş verib.
Belə ki, oyun başa çatdıqdan sonra “Adığün”ün futbolçusu Bəxtiyar Bayraqdarov hakimlərə fiziki təsir göstərib. Bu səbəbdən onun 2 il müddətinə futbolla bağlı fəaliyyətinə qadağa qoyulub.
U-19 liqasının AZAL - “Qəbələ” matçının 76-cı dəqiqəsində isə “Qəbələ”nin futbolçusu Yusif Nəbiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən o, qarşıdakı 4 oyunda meydanda olmayacaq.
Fanat.az