Çempionlar Liqasının III təsnifat mərhələsində Cənubi Kiprdə APOEL-lə "Qarabağ” arasında keçiriləcək oyun canlı yayımlanacaq.
Fanat.Az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi "Facebook" səhifəsi məlumat yayıb.
Avqustun 6-da Nikosiyadakı GSP stadionunda keçiriləcək qarşılaşma "CBC Sport” telekanalı vasitəsi ilə birbaşa göstəriləcək. Görüş 21:00-da başlayacaq
Fanat.Az