11:00 05.08.2019 1351

"Sabah"la Zaqreb "Dinamo"su arasında bağlanan müqavilənin detalları açıqlandı

"Sabah” Futbol Klubu ilə Xorvatiya təmsilçisi "Dinamo” arasında imzalanan əməkdaşlıq müqaviləsinin detalları açıqlanıb.

Fanat.Az Bakı klubunun rəsmi saytına istinadən xəbər verir ki, müqavilə hər iki klubun akademiyalarını əhatə edəcək. Anlaşmaya əsasən, "Sabah” Futbol Akademiyası Xorvatiyanın ən böyük futbol məktəbi olan "Dinamo” Futbol Akademiyasının təcrübəsindən bəhrələnəcək. Bu əməkdaşlıq "Sabah”a yeni oyunçular yetişdirmək, klubun akademiyasının məşqçilərinin təcrübəsini artırmaq istiqamətində böyük imkanlar verəcək.

Klublar arasında imzalanmış müqaviləyə əsasən, "Sabah”ın və "Vətən” Futbol Məktəbinin sistemini "Dinamo” Futbol Akademiyası müəyyənləşdirəcək. Məhz Zaqreb təmsilçisinin akademiyasından cəlb olunmuş mütəxəssislər Bakıda yeni, Avropa standartlarına uyğun sistemin formalaşmasını təşkil edəcəklər.

"Sabah” və "Dinamo” arasında əməkdaşlıq bir neçə istiqaməti əhatə edəcək. Onlardan bəziləri aşağıdakılardır:

"Dinamo” Futbol Akademiyasının mütəxəssisi Adino Mustedanaqiç "Sabah”ın futbol məktəbinin koordinatoru olacaq. O, yeni sistemin akademiyada tətbiq edilməsinə birbaşa nəzarət edəcək.

Mustedanaqiçlə yanaşı, fiziki hazırlıq üzrə mütəxəssis və bir məşqçi ilə 3 illik müqavilə bağlanacaq. Hər 3 mütəxəssis bu müddət ərzində ölkəmizdə yaşayaraq, akademiyamızda daimi fəaliyyət göstərəcəklər.

Əməkdaşlıq çərçivəsində "Dinamo” Futbol Akademiyasının məşqçilərinin "Sabah” Futbol Akademiyasında çalışması, öz biliklərini yerli məşqçilərlə paylaşması planlaşdırılır.

"Sabah” Futbol Akademiyasının uşaqları "Dinamo” Futbol Akademiyasında təcrübə keçmək fürsəti qazanacaqlar.

"Sabah”ın aşağı yaş qrupları "Dinamo”nun təşkil etdiyi nüfuzlu turnirlərdə iştirak etmək imkanı əldə edəcəklər.

"Dinamo” Futbol Akademiyasının sistemi tədricən "Sabah” Futbol Akademiyasında və "Vətən” Futbol Məktəbində tətbiq ediləcək.

Qeyd edək ki, iki klub arasında anlaşma "Dinamo”nun ev oyunlarını keçirdiyi "Maksimir” stadionunda gerçəkləşib. Tədbirdə Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, "Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov, klubun seleksiya xidmətinin rəhbəri İlqar İsrafilov, "Dinamo” klubunun prezidenti Mirko Barişiç, idarə heyətinin sədri Vlatka Peras, idarə heyətinin üzvü Amra Peternal, futbol məktəbinin direktoru Damir Krznar və onun köməkçisi Andelko İvanjko iştirak ediblər. Tədbirin sonunda M.Adıgözəlov və M.Barişiç bir-birinə klub atributlarını təqdim ediblər.

Fanat.Az 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
16:44

"Skudettonun taleyi bizim əlimizdə deyil" - Simone İnzaqi

16:26

Fransa nəhəngi "Arsenal"ın müdafiəçisini istəyir

16:08

"Bu, biabırçılıqdır, biabırçılıq" - Sabiq "Real"lı Vinisiusu qınadı

15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

14:38

"Barselona"nın saxlamaq istədiyi hücumçu qərarını verdi - Gedir?

14:19

"İnter" braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

14:02

"Son iki addım əvvəl ağlımızdan da keçməyən hədəf anlamındadır" - Antonio Konte

13:44

Şafranko "Sabah"ın tarixinə düşdü

13:26

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:08

Cavadovun mesajı, Rəfiyevin inadı

12:50

"Bəli, Sadio ilə aramızda müəyyən gərginlik var idi" - Məhəmməd Salah

12:32

"Aston Villa"da oynadığım günlər üçün darıxıram" - "Yuventus"un futbolçusu

12:14

“Qarabağ”ın kapitanı yubiley oyununa çıxdı, tarixdə 6-cı futbolçu oldu

11:57

Xabi Alonsonun "Real Madrid"ə keçəcəyi tarix bəlli oldu

11:38

Azərbaycan cüdoçularından Sloveniyada 2 medal qazandılar

11:20

Ançelotti "Barselona"ya məğlubiyyəti şərh etdi - "Hər kəs bizə istədiyi qiyməti verə bilər"

11:01

"Turan Tovuz" "40"-a çatdı

10:43

Premyer Liqada 3 oyun eyni vaxtda başlayacaq

10:25

Tomas Müllerin yeni klubu müəyyənləşdi - SON DURUM

10:06

"Mançester Yunayted" bir oyunda iki antirekordla yadda qaldı

09:47

Millimizdən böyük irəliləyiş - Reytinq

09:25

Berdiyev utandı, “Səbail” elitanı rəsmən tərk etdi – Tura baxış

09:00

"El Klasiko" tarixində hələ belə şey olmamışdı - Rekord

01:07

İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

00:50

İtaliya A Seriyası: "Napoli" büdrədi, "İnter" faydalandı

00:24

Almaniya Bundesliqası: "Əczaçılar" evdə "arılar"a təslim oldular

00:06

İPL: “Çelsi" səfərdə, MY evdə uduzdu, "Liverpul" "Arsenal" ilə heç-heçə etdi

11 May 2025
23:45

Türkiyə Super Liqası: "Beşiktaş" İstanbulda coşdu

23:04

"Aralarında diqqətimi cəlb edənlər var, amma..." - Qurban Qurbanov

22:41

"Qarabağ" bizdən qat-qat üstün və istəkli idi" - Elmar Baxşıyev

22:34

"Zirə"nin əvəzidicilərindən darmadağın, "Neftçi-2" 90+5-də xilas oldu

22:09

Azərbaycan cüdoçuları Avropa Kubokunu 4 medalla başa vurdular

21:58

MPL: "Kəpəz" "Sumqayıt"ı, çempion "Araz-Naxçıvan"ı yendi

21:53

"Ardıcıl dördüncü qələbə..." - Hans-Diter Flik

21:19

"Unutmayaq ki, beş müdafiəçimiz zədəlidir" - Karlo Ançelotti

20:43

Azər Bağırov "Sumqayıt" üzərində qələbəni belə şərh etdi

20:22

Vaqif Cavadovdan rəhbərliyə sərt mesaj: "O zaman mənim işimə qiymət verin"

20:12

"Barselona" ardıcıl 4-cü dəfə "Real"ı yendi - Geridönüş zəfərə rəng qatdı

Facebookdan bizi izləməyi unutmayın.
X