Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Avropa Liqasının püşkatma mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 15.30-da başlayan tədbirdə "Neftçi"nin də potensial rəqibləri bəlli olub.
"Neftçi” İsrail təmsilçisi "Bney Yehuda”nı keçəcəyi halda, pley-offda "Malmö" (İsveç) - "Jrinski" (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq.
Fanat.Az