"Qalatasaray"ın ulduzu: "Çoxarvadlıyam və həyat yoldaşım bunu bilir"
"Qalatasaray"ın seneqallı futbolçusu Mbaye Diagne şok etiraf edib.
Fanat.Az xəbər verir ki, futbolçu çoxarvadlı olduğunu və hazırkı həyat yoldaşı bunu bildiyini deyib.
İtalyan komediyaçı Soumboulou Batili ilə evlənən və daha sonra boşanan 27 yaşındakı futbolçu keçmiş həyat yoldaşını aldatma iddialarını rədd edərk çoxarvadlı bir insan olduğunu söyləyib:
"Mən çoxarvadlıyam və indiki həyat yoldaşım Teresa Niutta bunu bilir. Onsuz da toyumuz İslam ənənələri çərçivəsində baş tutdu. O, seneqallı arvadlarımın olduğunu bilir. Bu çox açıq bir həqiqətdi. Ancaq Soumboulou ya da başqa birisinin məni gözləməsini istəmirəm. Çünki mən məhdudiyyətləri arzu etmirəm".